[b]“Real” fanatlarına müjdə - “Bavariya”ya qarşı oynayacaq[/b]
13.04.2018 - 16:00
“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Bavariya” ilə oynanılacaq ilk matçda meydana çıxa biləcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA ispaniyalı müdafiəçiyə sanksiya tətbiq etməmək qərarına gəlib.
“Yuventus”la 1/4 final mərhələsinin cavab qarşılaşmasını diskvalifikasiya səbəbindən tribunadan izləmək məcburiyyətində olan Ramos UEFA protokol qaydalarını pozaraq, texniki zonadan komanda yoldaşlarını dəstəkləmişdi.
Onun yenidən cəzalandırılması gözlənilsə də, bu, baş verməyib.
0
0