Mərakeşdə keçirilən klublar arası dünya çempionatı davam edib. Apasport.az saytının məlumatına görə, ötən gecə UEFA Çempionlar Liqasının qalibi Madrid “Real”ı Meksikanın “Krus Asul” klubu ilə yarımfian mərhələsində qarşılaşıb.
Matçda İspaniya təmsilçisi çətinlik çəkməyib. Rəqibini 4:0 hesabı ilə məğlub edən Karlo Ançelottinin yetirmələri finala vəsiqə qazanıb. “Real” həlledici mərhələdə “San-Lorenso” (Argentina) - "Oklend Siti" (Yeni Zelandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Madridlilərin heyətində Serxio Ramos (15), Kərim Benzema (36), Qaret Beyl (50) və İsko (72) fərqlənib.
Qeyd edək ki, 40-cı dəqiqəyə Xerardo Torradonun penaltisini isə İker Kasilyas qola çevirməyə imkan verməyib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı