[b]“Real” və “Barselona” üz-üzə [/b]
29.12.2017 - 16:46
“Mançester Yunayted”in futbolçusu Deyli Blind İspaniyaya köçə bilər. Apasport.az saytı “Daily Express”ə istinadən xəbər verir ki, hollandiyalı müdafiəçi ilə “Real” yaxından maraqlanır.
Madrid klubu keçidin baş tutması üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, “Barselona” da Blindlə müqavilə imzalamaq niyyətindədi. Sözügedən futbolçu bir neçə mövqedə oynamağı bacardığından, La Liqa təmsilçiləri onu heyətlərinə qatmaq üçün mübarizə aparırlar.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildən “Mançester Yunayted”in formasını geyinir.
0
0