[b]“Real” və “İnter”in sabiq futbolçusu karyerasını bitirdi[/b]
08.09.2017 - 13:23
[b]“Real” və “İnter”in sabiq futbolçusu karyerasını bitirdi[/b]

Argentina yığmasının sabiq futbolçusu Esteban Kambyasso karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, son klubu “Olimpiakos” olan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşıb.

 

O, 37 yaşında bustlarını mismardan asmaq qərarına gəlib.

 

Karyerası ərzində “İndependiente”, “River Pleyt”, “Real”, “İnter” və “Lester” klublarında da oynamış Kambyasso 2015-ci ildən Yunanıstan klubuna xidmət edirdi.

 

2000-2011-ci illərdə Argentina yığmasının şərəfini qorumuş yarımmüdafiəçi millidə 52 oyunda 5 qola imza atıb.

0