[b]“Real”dan zəng gəlsə, cavab verməyəcəm”[/b]
27.11.2017 - 15:53
[b]“Real”dan zəng gəlsə, cavab verməyəcəm”[/b]

İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardi maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, “Sky Sports”a danışan argentinalı forvard adının “Real”la birgə hallanması haqda danışıb.

 

O, “kral klubu”ndan təklif alacağı təqdirdə, hansı addım atacağını açıqlayıb: “Real”dan zəng gəlsə, cavab verməyəcəm. Başqa deyiləsi sözüm yoxdu”.

 

İkardinin “İnter”lə müqaviləsinin müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. 24 yaşlı futbolçunun sözləşməsində transfer qiymətinin 110 milyon avro olduğu göstərilib.

 

Qeyd edək ki, Argentina yığmasının da şərəfini qoruyan İkardi 2013-cü ildən “İnter”in formasını geyinir.