[b]“Real”ın futbolçusu: “Qızıl top” haqda hələ düşünmürəm[/b]
30.09.2017 - 17:30
[b]“Real”ın futbolçusu: “Qızıl top” haqda hələ düşünmürəm[/b]

“Dünyanın ən yaxşı klubu ilə müqaviləni yeniləmək mənim üçün fəxrdi”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Madrid “Real”ının futbolçusu Marko Asensioya məxsusdu.

 

“Kral klubu” ilə sözləşməsinin müddətini 2023-cü ilə qədər uzadan yarımmüdafiəçi bununla bağlı fikirlərini bildirib.

 

İspaniya mətbuatına danışan Asensio hələ “Qızıl top” mükafatı haqda düşünmədiyini deyib: “Son vaxtlar “artırdığım” üçün şadam. Kriştianu Ronaldo kimi futbolçudan tərif eşitmək xoşdu. Təbii ki, bundan da çox oynamaq istəyirəm. Amma nə vaxt meydana çıxmalı olduğumu Zinəddin Zidan daha yaxşı bilir. “Qızıl top”? Hələ bu mükafat haqda düşünmürəm, çünki çox gəncəm. Hər şeyin öz vaxtı var”.

 

Qeyd edək ki, “Real”ın 2014-cü ildə heyətinə qatdığı Asensio “qalaktikos”un heyətində 48 oyunda 14 qola imza atıb.  

0