[b]“Real”ın məğlubiyyətsizlik oyunlar seriyası qırıldı[/b]
05.01.2015 - 00:01
[b]“Real”ın məğlubiyyətsizlik oyunlar seriyası qırıldı[/b]

“Real”ın İspaniya La Liqasında məğlubiyyətsizlik oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XVII turu çərçivəsində “Mestalya” stadionunda “Valensiya”ya 2:1 hesabı ilə uduzan “Kral klubu” 22 oyundan sonra xala həsrət qalıb.

 

Matçda hesabı 14-cü dəqiqədə penaltidən Kriştianu Ronaldo açıb. Fasiləyə məğlub durumda yolanan “yarasalar” 52-ci dəqiqədə Antonio Barraqananın qolu sayəsində hesabda tarazlıq yaradıblar. "Valensiya"nın qələbə topunu isə 65-ci dəqiqədə Nikolas Otamendi vurub.

 

Qeyd edək ki, “Real” sonuncu dəfə ötən ilin sentyabr ayının 13-də “Atletiko”ya uduzub.