[b]“Rəvan” Türkiyə klubundan 50 min dollar istəyir[/b]
10.06.2014 - 09:12
[b]“Rəvan” Türkiyə klubundan 50 min dollar istəyir[/b]

“Rəvan”ın qapıçısı Kamal Bayramov karyerasını Türkiyənin I dəstəsində davam etdirə bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, o, “Girəsunspor” klubunun düşərgəsinə gedib.

 

Kamalla yanaşı, hazırda başqa azərbaycanlı futbolçu da Girəsun təmsilçisinin düşərgəsindədir. Onun da ötən mövsümün yekunlarına görə I dəstəyə düşmüş “Rəvan”a məxsus futbolçu olduğunu ehtimal etmək olar.

 

Artıq Türkiyə klubunun prezidenti Mustafa Təməl Bozbağ komandanın bazasında həmyerlilərimizlə görüşüb. Hər 2 oyunçunun transfer edilməsi üçün isə yeganə problem “Rəvan”dır. Bakı klubu onların transfer qiyməti kimi 50 min dollar açıqlayıb. Bu problem həll edilərsə, onlar “yaşıl-bəyaz” formanı geyinəcəklər.

0