[b]“Rəvan”dan ayrılan futbolçu “Xəzər Lənkəran”ın düşərgəsində[/b]
10.01.2016 - 21:54
[b]“Rəvan”dan ayrılan futbolçu “Xəzər Lənkəran”ın düşərgəsində[/b]

Hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçunu sınaqdan keçirir. Apasport.az saytının məlumatına görə, “Rəvan”dan ayrılan Kamil Nurəhmədov cənubluların düşərgəsində baxışdadı.

 

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi məlumatda bildirib ki, onun və baxışda olan digər oyunçuların komandada qalıb-qalmayacağı sabah baş tutacaq ikitərəfli oyundan sonra bilinəcək.