[b]“Almeyda “Bursaspor”la anlaşdı”[/b]
30.01.2018 - 14:23
[b]“Almeyda “Bursaspor”la anlaşdı”[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda “Bursaspor”a keçməyə çox yaxındı. Apasport.az-ın milliyet.com.tr saytına istinadən məlumatına görə, Türkiyə klubu milli komandamızın üzvü ilə anlaşıb.

 

Bildirilir ki, dövrələrarsı fasilədə Mussa Sou, George Qrozav və Abdullahi Şehunu heyətinə qatan “Bursaspor” “transfer pəncərəsi”nin son günü olan sabaha qədər Almeydanı almaq fikrindədi. Həmkarlarımız Bursa klubunun hazırda Antalyada millinin düşərgəsində olan Almeyda ilə danışıqlar apardığını və ilkin razılığın əldə edildiyini vurğulayıblar.

 

“Bursaspor” rəhbərliyi keçidi rəsmiləşdirmək üçün “Qarabağ”la danışıqlara start verib. Türkiyə KİV-i Azərbaycan çempionu ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan 28 yaşlı orta sahə oyunçusunun “Bursaspor”a keçəcəyinə şübhə etmir.

 

Qeyd edək ki, Riçard Almeyda bu mövsüm Premyer Liqada keçirdiyi 10 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.