[b]“Roma” 19 futbolçu ilə gəlir[/b]
25.09.2017 - 17:44
[b]“Roma” 19 futbolçu ilə gəlir[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.

 

Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.

 

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski

Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas

Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson

Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.

 

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da start götürəcək.