[b]“Roma” – “Qarabağ” matçına maraq azdı[/b]
29.11.2017 - 10:03
[b]“Roma” – “Qarabağ” matçına maraq azdı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” matçının bilet satışı davam edir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, qarşılaşmaya maraq o qədər də yüksək səviyyədə deyil.

 

Romada, Olimpiya Stadionunda baş tutacaq görüşə hələ ki, cəmi 9 min bilet satılıb. Oyun gününə qədər bu göstəricinin artacağı dəqiq olsa da, arenanın tam dolacağı inandırıcı görünmür.

 

“Roma” – “Qarabağ” matçı dekabrın 5-də keçiriləcək.

Qeyd edək ki, bu komandaların Bakıdakı duelində qonaqlar qələbə (2:1) qazanmışdılar.