“Roma” rəhbərliyi kapitan Daniele De Rossi ilə bağlı qərar verib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Eysebio Di Françesko veteran futbolçuya cəza tətbiq etmək fikrində deyil.
A seriyasının XIV turunda “Cenoa” ilə səfər matçının 69-cu dəqiqəsində rəqib oyunçu Canluka Lapadulanı vurduğu üçün meydandan qovulan və “Cenoa”ya penalti hədiyyə edən De Rossi komandasını qələbədən məhrum etmişdi. İtaliya millisinin sabiq üzvü həftəsonu “Spal”la oyunu buraxmasına baxmayaraq, Di Françesko Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək son qarşılaşmada onun xidmətinə ehtiyac duyacaq.
Luçano Spalletti “canavarlar”ı çalışdırdığı dövrdə analoji hərəkətə görə, həmin vaxtkı kapitan Françesko Tottini komandadan uzaqlaşdırsa da, həmkarı fərqli qərar qəbul edib. Belə ki, Di Françesko gələn həftə “Qarabağ”la vacib qarşılaşmada kapitanlıq sarğısını məhz 34 yaşlı yarımmüdafiəçiyə həvalə edəcək.
Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi