[b]“Rudar”ın Bakı proqramı və heyəti məlum oldu[/b]
11.07.2015 - 10:58
[b]“Rudar”ın Bakı proqramı və heyəti məlum oldu[/b]

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı (ÇL) rəqibi “Rudar”ın Azərbaycana gələcəyi tarix məlum olub. Apasport.az-ın Monteneqro mətbuatına istinadən məlumatına görə, “Rudar” iyulun 13-də Bakıya səfər edəcək.

 

ÇL-in II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la ilk oyununu Bakıda keçirəcək “Rudar” iyulun 13-də gecə saatlarında paytaxtımıza enəcək. Monteneqro çempionu oyunöncəsi son məşqini iyulun 14-də saat 21:30-da Respublika stadionunda keçirəcək. Bundan yarım saat əvvəl isə komandanın baş məşqçisi Mirko Mariçin mətbuat konfransı təşkil ediləcək.

 

“Rudar”ın ölkəmizə gətirəcəyi heyət də bəllidi. Komanda “Qarabağ”la oyuna 22 oyunçu ilə gələcək.

Qapıçılar: 1. Miloş Radanoviç, 12. Marko Lazareviç, 30. Milan Yelovaç

Müdafiəçilər: 3. Corce Dyuriç, 4. Vladan Qordiç, 7. Zelyiko Tomaşeviç, 11. Duşan Nestoroviç, 13. Miliya Qoluboviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç, 17. Mirko Radişiç

Yarımmüdafiəçilər: 2. Alfonse Soppo, 5. Nikola Sekuliç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 18. Stevan Relyiç, 20. Nedeliko Vlahoviç, 23. Adi Bambur

Hücumçular: 6. Deyan Damyanoviç, 8. Marko Vukoviç, 10. İqor İvanoviç, 24. Vasilie Yovoviç

 

Qeyd edək ki, “Qarabağ” – “Rudar” oyunu iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.