Ukraynanın “Şaxtyor” futbol klubu ölkə çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə. Rumıniyalı mütəxəssis Mirça Luçeskunun yetirmələri 29-cu turda Luqans “Zarya”sını 3:1 hesabı ilə yenərək, bu titula yiyələniblər.
“Şaxtyor”un heyətində 16 və 29-cu dəqiqələrdə Luis Adriano, 92-ci dəqiqədə isə Eduardo fərqlənib. “Zarya”nın yeganə qolunu isə 49-cu dəqiqədə Nikita Şevçenko vurub.
“Şaxtyor” çempionatın sonuna 1 tur qalmış 62 xal yığıb və ikinci yerdə gələn “Dnepr”i 9 xal qabaqlayır. “Dnepr” in ehtiyatda 1 oyunu olsa da, heç bir halda liderə çata bilmir.
Qeyd edək ki, “şaxtaçılar” artıq 5-ci dəfədir dalbadal çempion adını qazanırlar.