Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la Kiprdəki ilk oyunu “Qəbələ”nin legionerləri üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Aleksey Qay və Georgi Floresku avrokuboklarda yubiley matçının astanasındadı.
Sonuncunun zədəli olması üzündən bu yubiley cavab matçına kimi təxirə salına bilər. Belə ki, qitə miqyaslı turnirlərdə 24 oyun keçirən rumıniyalının Kiprdə meydana çıxması sual altındadı.
Qay isə avrokuboklarda 60-cı görüşünü keçirəcək. Bu göstəricidə “Qəbələ”də hamıdan təcrübəli olan ukraynalı yarımmüdafiəçi indiyədək “Şaxtyor” 38, “Çernomorets”də 15, “İliçevets”də 2 avrokubok oyunu keçirib. “Qəbələ”də 5-ci belə oyun ümumilikdə 60-cı olacaq.
2002-ci il avqustun 14-də “Şaxtyor”un “Brügge” (Belçika) ilə oyununda avrokuboklarda debüt edən Qay Donetsk təmsilçisi ilə UEFA kubokunu da qazanıb. 2009-cu ildə əldə olunan bu zəfər onun karyerasında ən böyük uğurlardan biridi.
Çempionlar Liqasında 18, Avropa Liqasında 40 matç keçirən Qay UEFA Superkubokunda da 1 oyuna çıxıb. Bütün qollarını əvvəl UEFA kuboku adlanan Avropa Liqasında vuran ukraynalı “Şaxtyor” və “Çernomorest”in hərəsində 3 dəfə fərqlənib.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika