[b]“Səbail” – “Zirə” oyununda iki cəzalı[/b]
27.11.2017 - 09:45
[b]“Səbail” – “Zirə” oyununda iki cəzalı[/b]

Azərbaycan Premyer Liqasının XIII turu iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, mövsümdə 4-cü sarı vərəqəni alan futbolçular növbəti oyunu buraxmalı olacaq.

 

“Qarabağ”la matçda cəzalanan Təmkin Xəlilzadə “Zirə”nin 2017-ci ildəki son çempionat matçını buraxacaq. O, “Səbail”lə səfər görüşündə meydana çıxa bilməyəcək.

 

Sonuncular da həmin görüşə itki ilə çıxacaq. Tamazi Tsetsxladze 4-cü xəbərdarlıq üzündən cəzalı duruma düşüb. O, “Sumqayıt”la görüşdə bu aqibətlə üzləşib. Lakin onun üçün Premyer Liqada il başa çatmayıb. Çünki komandasının təxirə salınmış oyunu da var.