[b]“Səbail”də yeni oyunçu[/b]
02.06.2018 - 18:46
“Səbail” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytının məlumatına görə, yay transfer dönəminin fəallarından biri olan paytaxt təmsilçisi Orxan Əliyevlə anlaşıb.
Ötən mövsümü “Zirə”də keçirmiş yarımmüdafiəçi ilə anlaşma haqqında klub rəsmi xəbər yayıb. Amma futbolçu ilə müqavilənin müddəti haqqında məlumat verilməyib.
Qeyd edək ki, baş məşqçi Avtandil Əliyevlə anlaşan “Səbail” “Qarabağ”dan ayrılan Rahid Əmirquliyev və Ağabala Ramazanov, eləcə də “Kəpəz”lə vidalaşan Şəhriyar Rəhimovu heyətinə qatıb.
0
0