[b]“Səbail”ə lazım olmayan futbolçu sabiq klubunda[/b]
05.01.2018 - 09:42
[b]“Səbail”ə lazım olmayan futbolçu sabiq klubunda[/b]

“Səbail”in sabiq futbolçusu Adrian Popoviçi özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinə lazım olmayan rumıniyalı hücumçu vətənində davam etdirməyə yaxındı.

 

2017/18 mövsümünün ilk yarısını ölkəmizdə keçirən futbolçu “Poli” klubuna dönür. O, 2007-12 və 2013-17-ci illərdə şərəfini qoruduğu Timişoara klubunun düşərgəsinə qayıdıb. Popoviçinin keçidinin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, Popoviçi yayda keçdiyi “Səbail”in heyətində keçirdiyi 9 Premyer Liqa matçında 1 qol vurub.