Dünən Avropa Liqasının I təsnifat mərhələsində “Tiraspol”a (Moldova) 3:1 hesabı ilə məğlub edən “İnter” növbəti mərhələyə adladı. Apasport.az xəbər verir ki, “bankirlər”in “Şəfa” stadionunda qazandığı bu qələbə Azərbaycan futbolunun tarixinə düşdü.
Belə ki, indiyə qədər heç vaxt klublarımız avrokuboklarda Moldova təmsilçilərinə qalib gələ bilməmişdilər. Səfərdə 3:2, evdə 3:1 qələbə qazanan “İnter” bu sindroma son qoydu.
UEFA kuboku
2005/06. “Nistru” – “Xəzər Lənkəran” – 3:1, 2:1
2006/07. “Zimbru” – “Qarabağ” – 1:1, 2:1 (əlavə avxtda)
İntertoto kuboku
2006/07. “MKT-Araz” – “Tiraspol” – 1:0, 0:2
2007/08. “Bakı” - “Daçiya” – 1:1, 1:1, pen. 1:3
Avropa Liqası
2010/11. “Olimpiya” – “Xəzər Lənkəran” – 0:0, 1:1
2014/2015. “İnter” – “Tiraspol” – 3:2, 3:1