[b]“Sevilya”nın final rekordu qırıldı[/b]
04.05.2018 - 01:36
Avropa Liqasının yarımfinal cavab oyununda “Arsenal”la qarşılaşan “Atletiko” 1:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Londondakı oyunda 1:1 hesablı bərabərliyə nail olan madridlilər bu qələbə ilə finala çıxıblar.
Bu, “Atletiko”nun Avropa Liqasında 3-cü finalıdır. Daha əvvəl 2009/2010 və 2011/2012 mövsümündə həlledici oyuna çıxan “hindular” hər iki halda kuboka sahib olmuşdu.
“Atletiko” bu uğurla La Liqadakı rəqiblərindən “Sevilya”nın rekordunu təkrarlayıb. Əndəlüs klubu da 3 dəfə yüksəldiyi final oyunlarının hər birində qalib gəlib – 2014, 2015 və 2016.
0
0