Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışında olacaq Zaqatalanın “Simurq” klubunun yoxlama oyunlarındakı rəqiblərdən biri məlum olub. Apasport.az saytının məlumatına görə, əyalət klubu Rumıniyanın “Astra” komandası ilə görüşəcək.
Belə ki, rumıniyalı həmkarlarımız yanvarın 24-dək Antalyada hazırlıq keçəcək təmsilçilərinin iki rəqibindən birinin “Simurq” olacağını iddia edir. Türkiyə “Karabükspor”u ilə də görüşəcək “Astra”nın bu rəqiblərlə qarşılaşacağı tarixlər açıqlanmır.
Qeyd edək ki, Rumıniyalı təmsilçisini SSRİ yığması və Kiyev “Dinamo”sundakı çıxışları ilə məşhurlaşan Oleq Protasov çalışdırır.