“Simurq” klubu ilə müqaviləsi qışda başa çatacaq futbolçuların gələcək taleyi hələ müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, buna baxmayaraq, zaqatalılar əsas heyət oyunçusu Benjamin Lambotla yeni sözləşmə imzalamaq niyyətindədilər.
Artıq belçikalı yarımmüdafiəçi ilə danışıqlara start verilib. Bu məlumatı əməkdaşımızla söhbətində Lambotun özü də təsdiqləyib. 27 yaşlı xavbek cavab vermək üçün rəhbərlikdən vaxt istəyib. Məsələ burasındadı ki, Lambot ailəsindən və Bakıdan uzaqda yaşamaqdan məmnun deyil: “Ailəm Belçikadadı. 3 oğlum var. Onlardan uzaqda yaşamaq asan deyil. Əgər Bakı klublarından birinə keçsəm, mənim üçün asan olar. “Simurq”u bəyənirəm, bu komandada oynamaqdan məmnunam. Sadəcə, problem ondadı ki, klubun təmsil etdiyi şəhər Bakıdan çox uzaqdı. Əgər Bakı komandalarından təklif gəlməsə, mövsümü “Simurq”da bitirə bilərəm”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı