“Qış fasiləsinə qədər çıxışımız yaxşı sayıla bilər. Amma bundan da çox xal toplaya bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran deyib.
İki dövrəni 21 xalla 4-cü pillədə başa çatdıran “sarı-qaralar”ın futbolçusu sürpriz xal itkilərindən gileylənib.
O, “Simurq”un çempionatda hər bir komandanı məğlub etmək gücündə olduğunu dilə gətirib: “Mövsümün ilk 2 dövrəsini pis keçirmədik. Amma bəzi oyunlarda sürpriz xal itkiləri ilə üzləşdik. Konkret olaraq, 6-7 xalımız heç nədən əldən çıxdı. Əgər həmin xalları itirməsəydik, turnir cədvəlində ikinci pillədə ola bilərdik. “Simurq” komanda oyunu nümayiş etdirir. Göstərdik ki, istənilən rəqibi məğlub etmək gücündəyik”.
Zaqatala təmsilçisi ilə 2016-cı ilə qədər müqaviləsi olan Çeran başqa klublardan təklif almadığını əlavə edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı