[b]“Sky Sports”: Kosta 39 milyon avroya “Çelsi”də[/b]
13.05.2014 - 04:34
[b]“Sky Sports”: Kosta 39 milyon avroya “Çelsi”də[/b]

 

“Atletiko Madrid”in forvardı Dieqo Kosta artıq bu ilin yayında “Çelsi” forması geyəcək. Apasport.az saytının məlumatına görə, London klubu madridlilərlə keçidin şərtləri barədə razılığa gəlib.

 

25 yaşlı futbolçunun transferi üçün “Çelsi” “Atletiko”ya 39,2 milyon avro ödəyəcək. “Sky Sports” idda edir ki, transfer barədə iyun ayında rəsmi açıqlama veriləcək.

 

Dieqo Kosta bu mövsüm İspaniya çempionatında 34 oyunda 27 qol vurub. Çempionlar Liqasının 8 oyununda isə 8 qolun sahibidir.