Bolqarıstanın daha bir komandası Azərbaycan klubu ilə qarşılaşmağı planlaşdırır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Slaviya” Antalyada təmsilçimizlə yoxlama görüşü keçirmək fikrindədi.
Sofiya klubu yanvarın 21-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq və fevralın 14-dək orda qalacaq. Antalyada 4 yoxlama görüşündə qüvvəsini sınayacaq bolqarlar bunun üçün Qazaxıstan və Azərbaycan klubları ilə danışıq aparırlar. Rəqiblərdən biri çox güman ki, “Astana” olacaq. “Slaviya” oyunlarını yanvarın 26-da, fevralın 1-də, 7-də və 13-də keçirəcək.
Qeyd edək ki, Bolqarıstanın digər təmsilçisi “Levski” yanvarın 23-də Antalyada “Qəbələ” ilə qarşılaşacaq.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək