“Yuventus”un kapitanı Canluici Buffon maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran qolkiper mövsümün sonunda karyerasını bitirəcəyinə işarə vurub.
Belə ki, Buffon bu gün “Real”la keçiriləcək Çempionlar Liqası (ÇL) matçının onun karyerasında son avrokubok görüşü olacağını istisna etməyib: “Uşaq olduğum zaman nə vaxtsa “Real”a qarşı “Santyaqo Bernabeu”da meydana çıxacağını təsəvvür etmirdim. Bu, Çempionlar Liqasında son oyunum ola bilər”.
Qeyd edək ki, “Yuventus” ÇL-in ¼ final mərhələsinin cavab matçında bu gün “Real”ın qonağı olacaq. Komandalar arasında İtaliyada keçirilən ilk görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar.