“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının XXV turunda “Zirə” ilə keçirilən səfər matçından (2:1) sonra brifinq keçirib. Apasport.az saytı əməkdaşının da suallarını cavablandıran albaniyalı futbolçu Ağdam klubunda qalmaq istəyini bir daha bildirib.
- İlk olaraq oyun barədə fikirlərinizi bildirərdiniz...
- “Zirə”yə qarşı oynamaq hər zaman çətindi. Çətin komandadı. Bu dəfə də istisna olmadı. Biz çempion kimi mübarizə aparmalı, eyni zamanda çempionata hörmət etməliyik. Bu səbəbdən qalan bütün oyunlarda meydana qələbə üçün çıxacağıq.
- Görüşdən əvvəl “Qarabağ”ın “Zirə”yə xal verəcəyi ilə bağlı söz-söhbət gəzirdi...
- Biz peşəkar futbolçularıq. Kənarda səslənən söz-söhbətlərə qulaq asmırıq. İşimiz futbol oynamaqdı. Bu gün də meydana çıxıb öz işimizi gördük və qələbə qazandıq.
- “Qarabağ”da mümkün qədər çox qalmaq istədiyiniz demisiniz. Yeni müqavilə ilə bağlı danışıq olubmu?
- Mətbuata nə demişəmsə, vəziyyət o yerdədi.
- Müqavilənin yenilənməsi ilə bağlı danışıq başlayıbmı?
- Mənim arzum qalmaqdı. Amma hər şey baş məşqçinin qərarından asılıdı.