[b]“Sumqayıt” – AZAL oyununda 3 cəzalı[/b]
15.02.2016 - 10:12
[b]“Sumqayıt” – AZAL oyununda 3 cəzalı[/b]

Topaz Premyer Liqasının XXI turunun başa çatan 4 qarşılaşması 3 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu həftə keçiriləcək XXII turda AZAL bir, “Sumqayıt” iki futbolçusunun xidmətindən məhrum olub.

 

Paytaxt təmsilçisi “İnter”lə qarşılaşmada (0:0) sarı vərəqə alan İlqar Ələkbərovu itirib. Buna oyunçunun 4-cü dəfə xəbərdarlığa layiq görülməsi səbəb olub.

 

“Qəbələ” ilə səfər matçında 0:1 hesabı ilə uduzan “Sumqayıt”da isə Cəmil Hacıyevlə Amit Quluzadə sarı vərəqə limitini doldurub. Cəmil 8-ci, Amit isə 4-cü dəfə xəbərdarlıq alıb. Fevralın 20-də baş tutacaq “Sumqayıt” – AZAL qarşılaşmasında bu üç cəzalı oyunçunun heç biri çıxış edə bilməyəcək.