“Tərzin Cahangirovun bizimlə müqaviləsi yanvara qədərdi. Amma onu komandada saxlamaq üçün əlimizdən gələni edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.
Klub rəhbəri müqavilə ilə “Qəbələ”yə məxsus olan və hazırda icarə əsasında “Sumqayıt”ın formasını geyinən Tərzin Cahangirovla bağlı qarşı tərəflə danışıq aparacaqlarını əlavə edib: “Bizdə icarə əsasında oynayan iki futbolçu var. Orxan Əliyev mövsümün sonuna qədər burda qalacaq. Tərzinin taleyi isə “Qəbələ”dən asılıdı. Nəzərə almaq lazımdı ki, Tərzin “Sumqayıt”da daha çox oynamaq imkanı əldə edir və bunun sayəsində daim inkişafda olur. Bu səbəbdən də onu burda saxlamaq üçün “Qəbələ” ilə danışığımız olacaq”.
Qeyd edək ki, bu mövsüm “Sumqayıt”ın heyətində 11 çempionat oyununda iştirak edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı