Gənc yerli futbolçulara üstünlük verməsi ilə diqqət çəkən “Sumqayıt” yenə ənənəsinə sadiq qalır. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin maraq dairəsində olan futbolçular arasında “Neftçi”nin gənc üzvləri Emin Mehdiyev və Elşən Abdullayev də var.
“Sumqayıt” paytaxt klubunda əsas heyətə düşməkdə çətinlik çəkən gənc oyunçuları mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədi. Lakin onların bu arzusu baş tutmayacaq. Çünki “Neftçi”nin baş məşqçisi Arif Əsədov əməkdaşımızla söhbətində adıçəkilən oyunçuların komandada qalacağını deyib: “Onları heç yerə buraxmayacam. Onsuz da, heyətimiz elə zəngin deyil ki, bu futbolçuları göndərək”.
Qeyd edək ki, həm Elşən Abdullayev, həm də Emin Mehdiyev “Neftçi”nin yetirməsidi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı