Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” bu gün səfərə yola düşəcək. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Qəbələyə itkilərlə gedir.
Belə ki, komandanın iki aparıcı oyunçusu şimal klubu ilə görüşü buraxacaq. Baş məşqçi Aqil Məmmədov “Qəbələ” ilə qarşılaşmada Aleksandr Çertoqanov və Tərzin Cahangirovun xidmətindən yararlana bilməyəcək. Çertoqanov cəzalı olduğu halda, Cahangirov zədədən əziyyət çəkir. Bu səbəbdən hər iki futbolçu sabiq komandalarına qarşı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçı sabah saat 18:00-da start götürəcək.