“Heç bir səhv addım cəzasız qalmır. Təvəkkül də icazəsiz düşərgəni tərk etməklə böyük səhvə yol vermişdi”. Bu sözləri apasport.az saytına “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov deyib.
Komandanın yarımmüdafiəçisi Təvəkkül Məmmədovun saytımıza müsahibəsinə münasibət bildirən baş menecer futbolçunun dediklərini də təsdiqləyib: “Klub rəhbərliyi hörmətsizlik edən istənilən futbolçunu hərtərəfli cəzalandırmalıdı. Təvəkkülə kəsilən cəzaya gəlincə, danışıldı ki, futbolçu əvəzedici heyətə göndərilməli, pul cəriməsi olunmalı və əmək haqqısı azaldılmalıdı. Futbolçu srağagünə qədər əvəzedicilərlə məşq edirdi. Rəhbərliyin qərarı ilə də razılaşmışdı. Lakin sonradan maaşının azaldılması ilə razılaşmadı. Onun klubla müqaviləsi var. Biz öz şərtlərimizi demişik. Razılaşmırsa, özü bilər”.
Qeyd edək ki, Təvəkkül Məmmədov “Sumqayıt”la mövsümün əvvəlində 2 illik müqavilə bağlamışdı.
Rəvan ƏKBƏR