[b]“Sumqayıt” yığmanın hücumçusunu qaytardı[/b]
25.12.2014 - 16:47
[b]“Sumqayıt” yığmanın hücumçusunu qaytardı[/b]

Hələ ötən mövsümün axırlarında zədələnən və bu səbəbdən “Sumqayıt”ın son anda yeni müqavilə bağlamaqdan imtina etdiyi Pərdis Fərcad-Azad karyerasını yenidən Azərbaycanda davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, hücumçu yenidən “Sumqayıt”da çıxış edə bilər.

 

Zədə ucbatından 6 aydan çoxdu yaşıl meydanlardan uzaq qalan Azərbaycan yığmasının milliləşdirilmiş üzvü artıq tam sağalıb və uzun müddətdi ki, fərdi məşqlər edir. Klubdan aldığımız məlumata görə, İran əsilli forvard qış fasiləsindən sonra “Sumqayıt”a qoşulacaq. Baş məşqçi Aqil Məmmədov digərləri kimi, onu da baxışdan keçirəcək. Əgər Pərdisin son durumu Məmmədovu qane etsə, futbolçu ilə 6 aylıq müqavilə imzalanacaq.

 

Qeyd edək ki, “Sumqayıt” Pərdis Fərcad-Azadı 2012-ci ilin yayında Almaniyanın IV Bundesliqasından gətirmişdi.