[b]“Sumqayıt”da yeni müqavilə[/b]
01.06.2018 - 17:29
“Sumqayıt”da daha bir futbolçunun taleyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Rail Məlikov karyerasını “gənclik şəhəri” təmsilçisində davam etdirmək qərarına gəlib.
Rəhbərliklə ortaq məxrəcə gələn 33 yaşlı futbolçu yeni 1 illik müqaviləyə qol çəkib. Bununla da Vurğun Hüseynov, Cavid Tağıyev və Bəxtiyar Həsənalızadədən sonra Məlikovun da komandada qalacağı dəqiqləşib.
Qeyd edək ki, “Sumqayıt” hələlik Bəhlul Mustafazadə, Fərhad Vəliyev və Amil Yunanovla yollarını ayırıb.
0
0