[b]“Sumqayıt”dan antirekord[/b]
05.05.2018 - 12:20
[b]“Sumqayıt”dan antirekord[/b]

Topaz Premyer Liqasının XXVI turunun “Kəpəz”lə səfər oyununda xal itirən “Sumqayıt” antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri 1:1 hesablı heç-heçə ilə qələbə həsrətini 3 oyuna çatdırıb.

 

Tarixinin ən uğurlu mövsümünü keçirən “Sumqayıt” cari çempionatda ilk dəfə ardıcıl 3 dəfə xal itirib. Ötən tur “Səbail”ə 1:2, daha öncə “Qarabağ”a 0:1 hesabı ilə uduzan sumqayıtlılar cari mövsümdə belə uğursuzluq yaşamamışdı.

 

Bu 3 matçda cəmi 1 xal qazanan komanda əvvəlki 23 turda azarkeşlərini qələbə üçün 2 matçdan artıq həsrətdə qoymamışdı.

 

Qeyd edək ki, mükafatlar uğrunda mübarizə aparan “Sumqayıt” 40 xalla 3-cü pillədə qərarlaşıb.