“Bizdə əcnəbi futbolçu transfer etmək olmaz. Yalnız yerli oyunçularla bağlı axtarışlar aparırıq”. Bu sözləri apasport.az saytına “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov deyib.
O, qış transferi üçün namizədlərin çoxunun adını artıq müəyyənləşdirdiklərini qeyd edib: “Baş məşqçi daha çox yarımmüdafiənin cinahlarının və hücum xəttinin gücləndirilməsini istəyir. Siyahıdakı oyunçularla danışıqlar gedir. Onların adlarını indi açıqlamağım doğru olmaz. Yalnız azərbaycanlı oyunçular alacağıq. Ölkə xaricindən Azərbaycan əsilli futbolçu da gətirə bilərik. Həmçinin keçmiş hücumçumuz Pərdis Fərcad-Azadın da dönməsi istisna deyil. Zədəsini sağaltdıqdan sonra hazırlıq səviyyəsi, fiziki durumu məşqçilər korpusunu qane eləsə, onunla müqavilə imzalaya bilərik”.
Sultanov eyni zamanda komandanı bir neçə oyunçunun tərk edəcəyini də əlavə edib: “Bəli, təxminən 4-5 futbolçu gedəcək. Bu siyahı da böyük ölçüdə hazırdı. Amma qış fasiləsinə qədər müəyyən dəyişikliklər ola bilər”.
Qeyd edək ki, “Sumqayıt” 14 turdan sonra 11 xalla Premyer Liqada 8-ci pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı