“Sumqayıt” heyətini gücləndirməyə hazırlaşır. Klubdan apasport.az saytına verilən məlumata görə, bir müddətdi baxışda olan iki futbolçu məşqçilər korpusu tərəfindən bəyənilib.
Söhbət yarımmüdafiəçi Mirzağa Hüseynpur və hücumçu Amil Yunanovdan gedir. Hər iki futbolçuya artıq müqavilə də təklif edilib. Tərəflər arasında razılıq əldə olunsa, Yunanovla Hüseynpur “gənclik şəhəri” təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq.
Bundan başqa, Topaz Premyer Liqasının III turunda “Neftçi” ilə matçdan sonra əvəzedici komandaya göndərilən Emin Mehdiyev və Uğur Pamuk yenidən əsas heyətə cəlb edilib. Onlardan fərqli Elnur Abdulov hələ də əvəzedici heyətdə saxlanılıb.
Qeyd edək ki, Amil Yunanov ötən mövsüm “Rəvan”da, Mirzağa Hüseynpur isə “Simurq”da çıxış edib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"