[b]“Sumqayıt”ın Türkiyədəki oyunlarının vaxtı bilindi[/b]
11.01.2016 - 11:58
[b]“Sumqayıt”ın Türkiyədəki oyunlarının vaxtı bilindi[/b]

Topaz Premyer Liqasının daha bir iştirakçısı “Sumqayıt” Türkiyəyə yollanmağa hazırlaşır. Klubdan apasport.az saytına verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi yanvarın 16-dan 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.

 

Yanvarın 9-da AZAL-la yoxlama görüşü keçirən və 4:1 hesablı qələbə qazanan “Sumqayıt” Antalya səfəri öncəsi “təyyarəçilər”lə daha bir matç keçirəcək. Bu qarşılaşma ayın 13-nə planlaşdırılır.

 

Samir Abasovun komandası Antalyada bir həftəlik toplanış çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların təqvimi də artıq məlumdu. Baş məşqçi yanvarın 17-də, 19-da və 21-də oyunçularını sınaqdan keçirəcək. Lakin rəqiblərin adları hələ məlum deyil. Klubun baş meneceri Ceyhun Sultanov məhz bu məsələni dəqiqləşdirmək üçün Antalyaya gedib.

 

Qeyd edək ki, “Sumqayıt” AZAL-la oyundan əvvəl I divizion komandası “Şərurspor”la yoxlama görüşü (1:1) keçirmişdi.