“Çox qədər maraqlı matç oldu. “Neftçi” yaxşı komandadı, topa nəzarət edirlər. Lakin bizim də fərqlənmək üçün şanslarımız oldu. Bu, həm hesab açılmamış, həm də 0:1 hesabı ilə geri düşdükdən sonra oldu”. Apasport.az saytının məyumatına görə, bu sözləri “Səbail”in futbolçusu Yevgeni Koçuk deyib.
Səfərdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərə açıqlama verən moldovalı futbolçu fikirlərini bölüşüb: “Qol vəziyyətlərindən yaxşı yararlana bilmirik. Bunun üzərində çalışıb, məşqlərdə qapıya daha çox dəqiq zərbələr endirməyə diqqət yetirib, gələcək matçlarda daha çox qollar vuracağıq”.
Oyunçu matçboyu “Neftçi”nin daha yaxşı çıxış etməsi iddialarını belə cavabıandırıb: "Bilmirəm ki, bu barədə nə deyim. Çünki özüm belə bir şey hiss etmədim. Düzdü, ikinci hissədə topa nəzarətdə “Neftçi” daha üstün idi. Amma topa nəzarətlə qol imkanı yaratmaq fərqli anlayışlardı. Qoladək belə hal görmədik”.