İtaliyanın “Torino” klubunda baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Turin klubunun çalışdırıcısı Sinişa Mixayloviç postundan kənarlaşdırılıb.
Ölkə kubokunun 1/4 finalında “Yuventus”a 0:2 hesablı məğlubiyyətindən sonra klub rəhbərliyi serbiyalı ilə vidalaşmağa qərar verib. Son 17 qarşılaşmada cəmi 3 qələbə qazanan turinlilər A seriyasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 2016-cı ilin yayından “Torino”ya başçılıq edən serbiyalı “Milan”dan qovulandan sonra bu kluba gəlib. Bunadək isə Mixayloviç “Sampdoriya”, “Fiorentina”, “Kataniya”, “Boloniya” və Serbiya millisini çalışdırıb.