Rusiyanın “Torpedo” klubunda çıxış edən Asif Mirzoyev yenidən Azərbaycan yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisinin yetirməsi 8 aydan sonra 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb.
Bu ilin martında U-16 ilə hazırlıq keçən Mirrzoyev sonrakı toplanışlarda heyətdən kənar qalsa da, yenidən diqqət mərkəzinə düşüb. O, Bakıda təlim-məşq toplanışını davam etdirən komandaya cəlb edilib.
Asifin sonradan yığmaya çağırılmasında əsas səbəb heyətdə zədəli futbolçuların olmasıdı. Bir neçə oyunçunun bu üzdən millinin düşərgəsini tərk etməsi Mirzoyevin yolunu açıb.