[b]“Tottenhem”in zədəlisi “Qarabağ”la oyunda qayıdacaq[/b]
20.10.2015 - 16:17
[b]“Tottenhem”in zədəlisi “Qarabağ”la oyunda qayıdacaq[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” aparıcı futbolçularından birini itirib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, hücumçu Naser Çadli zədələnib.

 

İngiltərə Premyer Liqasının IX turunda “Liverpul”la qarşılaşmada topuğundan xəsarət alan Belçika millisinin üzvü 11-ci dəqiqədəcə əvəzlənmişdi. Tibbi müayinədən sonra 26 yaşlı oyunçunun zədəsinin ciddi olduğu müyyənləşib. Həkimlər Çadlinin ən azı bir ay yaşıl meydançalardan uzaq qalacağını açıqlayıb.

 

Çadli dönüşünü ya Premyer Liqanın XIII turunda “Vest Hem”lə (22 noyabr) matçda, ya da noyabrın 26-da “Qarabağ”la Bakıdakı qarşılaşmada qeyd edəcək.

0