Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 33 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçilərindən “Qəbələ” Serbiyada “Çukariçki”yə 0:1 hesabı ilə uduzubsa, “İnter” İslandiyada “Hafnarfyordur”a qalib gəlib – 2:1. “Neftçi”ni mübarizədən kənarlaşdıran Monteneqro “Mladost”u Albaniyada “Kukesi” ilə görüşüb. Təmsilçimizin qənimi səfərdən qalib ayrılıb – 1:0.
Qonşu Türkiyənin “Trabzonspor” klubu Lüksemburq təmsilçisi “Differdanj”la matçda çətinliklə üzləşib. Trabzonlular o qədər də güclü olmayan rəqibin qapısına yalnız 1 dəfə yol tapıb.
Günün ən məhsuldar matçı Belçikada keçirilib. “Şarlerua” İsrail “Beytar”ını darmadağın edib – 5:1. Daha 4 görüşdə komandalardan biri 3 və ya daha çox top fərqi ilə məğlub olub. “Kayrat” (Qazaxıstan), “Apollon” (Kipr), “Voyvodina” (Serbiya) və “Aberdin” də (Şotlandiya) böyükhesablı qələbə ilə cavab oyunu öncəsi ciddi üstünlük qazanıb.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar, 16 iyul
"Kayrat" (Qazaxıstan) - "Alaşkert" (Ermənistan) – 3:0
“Yelqava" (Latviya) - "Rabotniçki" (Makedoniya) – 1:0
"Daçiya" (Moldova) - "Jilina" (Slovakiya) – 1:2
"Skonto" (Latviya) - "Debretsen" (Macarıstan) – 2:2
"Randers" (Danimarka) - "Elfsborq" (İsveç) – 0:0
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Volfsberger" (Avstriya) – 0:1
"Beroe" (Bolqarıstan) - "Brondbü" (Danimarka) – 0:1
"Mlada Boleslav" (Çexiya) - "Stromsqodset" (Norveç) – 1:2
"Koper" (Sloveniya) - Hayduk" (Xorvatiya) – 3:2
AİK (İsveç) - "Şirak" (Ermənistan) – 2:0
"Hapoel" (Beer-Şeva, İsrail) - "Tyun" (İsveçrə) – 1:1
"Çerno More" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) – 1:1
"Apollon" (Kipr) - "Trakai" (Litva) – 4:0
"Kukesi" (Albaniya) - "Mladost" (Monteneqro) – 0:1
"Şarlerua" (Belçika) - "Beytar" (İsrail) – 5:1
"Vaduts" (Lixtenşteyn) - "Nomme Kalyu" (Estoniya) – 3:1
"Kopenhagen" (Danimarka) - "Nyu Taun" (Uels) – 2:0
"Lokomotiva" (Xorvatiya) - PAOK (Yunanıstan) – 2:1
"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) – 1:0
"Spartak" (Trnava, Slovakiya) - "Linfild" (Şimali İrlandiya) – 2:1
"Slovan" (Slovakiya) - UCD (İrlandiya) – 1:0
"Ferensvaroş" (Macarıstan) - "Jelezniçar" (Bosniya və Herseqovina) – 0:1
"Voyvodina" (Serbiya) - "Spartak" (Yurmala, Latviya) – 3:0
"Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) – 0:0
"Çukariçki" (Serbiya) - "QƏBƏLƏ" (AZƏRBAYCAN) – 1:0
"Slask" (Polşa) - "Höteborq" (İsveç) – 0:0
"Vest Hem" (İngiltərə) - "Birkirkara" (Malta) – 1:0
"İnverness" (Şotlandiya) - "Astra" (Rumıniya) – 0:1
“Şemrok Rovers” (İrlandiya) - "Odd Qrenland" (Norveç) – 0:2
"Riyeka" (Xorvatiya) - "Aberdin" (Şotlandiya) – 0:3
"Legiya" (Polşa) - "Botoşani" (Rumıniya) – 1:0
"Reykyavik" (İslandiya) - "Rusenburq" (Norveç) – 0:1
"Hafnarfyordur" (İslandiya) - "İNTER" (AZƏRBAYCAN) – 1:2
Qeyd edək ki, cavab oyunları iyulun 23-də keçiriləcək.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi