[b]“Traktorsazi” - “Zirə” oyunu baş tutmadı[/b]
14.01.2016 - 16:18
[b]“Traktorsazi”  - “Zirə” oyunu baş tutmadı[/b]

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin ilk sparrinq rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu əvvəldən planlaşdırıldığı kimi, İranın “Traktorsazi” komandası ilə deyil, başqa rəqiblə qarşılaşacaq.

 

Buna səbəb “Traktorsazi”nin Antalyaya getməkdən imtina etməsidi. Nəticədə “Zirə” özünə başqa rəqib tapıb. Adil Şükürovun yetirmələri Qazaxıstan təmsilçisi “Ordabası” ilə üz-üzə gələcəklər. Məlumatı Qazaxıstan mətbuatına açıqlamasında “Ordabası”nın mətbuat xidmətindən də təsdiqləyiblər.

 

Yanvarın 16-da keçiriləcək görüş Bakı vaxtı ilə 19:00-da start götürəcək.

 

Qeyd edək ki, “Zirə” toplanış çərçivəsində növbəti yoxlama görüşünü isə yanvarın 22-də Rumıniyanın “Tarqu Mureş” komandasına qarşı keçirəcək.