Azərbaycan çempionatının I divizionunun 2014/2015 mövsümünün ilk qarşılaşmasında bu gün "Şəmkir"lə üz-üzə gələcək “Turan-T” klubunda problem yaranıb. Apasport.az xəbər verir ki, 3 aydı maaş ala bilməyən futbolçular komandanı tərk etmək istəyirlər.
Onlar klub rəhbərliyindən pulların verilməsini tələb edirlər. Həmçinin futbolçular bu gün “Şəmkir”ə qarşı keçiriləcək görüşə çıxmamaq fikrindədirlər.
Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev də xəbəri saytımıza təsdiqləyib: “Bəli, maddi problemlərimiz var. 3 aydı maaş almırıq. Rəhbərlik qısa müddətdə bunu həll etməyə çalışır. Amma çətinliklərimiz hələ də davam edir”.