[b]“Ustalıq keyfiyyətimə inanıram, Şehiçdən qorxmuram”[/b]
10.04.2018 - 17:19
[b]“Ustalıq keyfiyyətimə inanıram, Şehiçdən qorxmuram”[/b]

“Futbolda nədənsə qorxub çəkinsəydim, heç vaxt bunun öhdəsindən gəlməzdim. Millinin son 2 oyununda İbrahim Şehiç göstərdi ki, əla qapıçıdı”. Apasport.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovina millisinin qapıçısı Asmir Beqoviç deyib.

 

İngiltərənin “Bornmut” klubunun 31 yaşlı qolkiperi “Qarabağ”ın futbolçusu İbrahim Şehiçin yığmanın son oyunlarında iştirak etməsinə münasibət bildirib. Beqoviçin sözlərinə görə, Ağdam təmsilçisinin qapıçı əla oyun nümayiş etdirsə də, bu, onu qorxutmur: “Biz hamımız Şehiçi əvvəldən də tanıyırdıq. Belə bir qapıçının olması yaxşı haldı. Çünki belədə komandada rəqabət olur. Bu, müsbət amildi. Vəziyyətin belə olması hər bir qapıçını daha səylə və yaxşı çalışmağa vadar edir. Bu da komandanın özünü arxayın hiss etməsinə imkan yaradır. Lakin mən özümə çox güvənirəm. Ustalıq keyfiyyətlərimə və işimə inanıram. Şehiç əla qapıçı olsa da, mən yığmadakı yerim üçün qorxmuram”.

 

Qeyd edək ki, Robert Prosineçkinin Bosniya və Herseqovina millisinə baş məşqçi təyin olunmasından sonra keçirilən 4 oyunun hamısında Şehiç meydana çıxıb və qol buraxmayıb.

0