Bir neçə gün öncə Nunu Santu ilə yolları ayıran “Valensiya” klubu özünə yeni baş məşqçi tapıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, “yarasalar” “Mançester Yunayted”in sabiq futbolçusu Hari Nevillə anlaşıblar.
Onunla 2015-2016 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Hari Nevill La Liqa klubunda qardaşı Fil Nevillə birgə çalışacaq. Belə ki, Fil Nevill “Valensiya”da köməkçi-məşqçi funksiyasını yerinə yetirirdi və qardaşının gəlişindən sonra da eyni vəzifəni icra edəcək.
Qeyd edək ki, Hari Nevill futbolçu karyerası ərzində yalnız “Mançester Yunayted”in formasını geyinib. O, “mankunianlar”ın heyətində 602 oyunda 7 qola imza atıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı