“Bakının “İnter” klubu ilə qarşılaşma bizim üçün növbəti ciddi sınaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Verder” klubunun əvəzedici komandasının baş məşqçisi Aleksandr Nuri deyib.
37 yaşlı çalışdırıcı Türkiyənin Antalya şəhərində Bakı “İnter”inə qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. İran əsilli Nuri komandasının 1:0 hesablı qələbəsindən razı qaldığını bildirib: “Biz bu qarşılaşmada ritmə uyğun mübarizə aparıb, mümkün qədər fayda əldə etmək istəyirdik. Böyük ölçüdə bu işin öhdəsindən yaxşı gəldik. Bunu cari mövsümdə Avropa Liqasında mübarizə aparan komanda ilə görüşdə gerçəkləşdirdik”.
Qeyd edək ki, “İnter” sabah “Verder”in əsas komandası ilə qarşılaşacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi