“FİFA hakimliyindən kənarlaşdırıldığım üçün AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevlə görüşəcəyimi demişdim. Hələlik görüşümüz baş tutmayıb. İşləri çox olduğu üçün gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Anar Salmanov deyib.
FİFA-nın 2015-ci il üçün açıqladığı beynəlxalq dərəcəli hakimlərin siyahısından çıxarılan Salmanov təkcə bu görüşlə kifayətlənməyəcəyini bildirib: “Həm Elxan, həm də Ramin müəllim Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni edirlər. Onların mənə haqq qazandıracağına inanıram. Bundan əlavə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan AFFA prezidenti Rövnəq Abdullayevə şikayət etməyi də düşünürəm. Hələlik tələsmirəm. Lazım olanda bunu edəcəm. Elxan Məmmədov və Ramin Musayevlə görüşdən çox şey asılıdı”.
Qeyd edək ki, Anar Salmanov 2015-ci ildə FİFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunlarda Azərbaycanı təmsil edə bilməyəcək. Əvəzində bu missiyanı Əliyar Ağayev və Rəhim Həsənovla yanaşı, Orxan Məmmədov yerinə yetirəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı